Latviya Seyminin deputatı Ayqars Bikşe («İnkişaf üçün/lehinə» fraksiyası) Belarus xokkey yığması oyunçularının girov götürülməsini və onların Roman Protaseviçin və digər «siyasi dustaqların» azad buraxılmasına qədər həbsdə saxlanmasını təklif edib.
«Təklif var ki, Latviya bütün Belarus xokkey komandasını saxlayır və sərhəddən keçmək üçün onları yalnız Belarus rejiminin bütün siyasi dustaqlarına dəyişdirir» - Bikşe «Feysbuk»da yazıb.
Onun fikrincə, terrorçulara cavab səs-küylü və hissedilən olmalıdır. Bikşe əmin edir ki, Minsk Protaseviçi saxlamaqla, Belarusun azadlıq mübarizlərinə dəqiq siqnal verib ki, «biz, sizi hər yerdə təqib edəcəyik, sizin Qərbdəki tərəfdarlarınız isə sizi qoruya bilməyəcək!»
«Əlbəttə, biz, təzyiq və beynəlxalq hüquqla qeydə alınmış digər fəaliyyət növləri üzrə mövqeləri razılaşdıra bilərik. Bircə şey aydındır - Avroittifaqın sifətinə sillə vurulub. Bu aşağılayıcı siqnal o deməkdir ki, biz, Avroittifaqa inanan insanları müdafiə edə bilmirik. Biz, bayraqları dəyişdirə bilərik, gül qoya bilərik, rejim tərəfdarlarının vəsaitlərini dondurarıq, ancaq bu, hadisələrin gedişini dəyişməyəcək və cəbhənin o biri tərəfində hər bir vətəndaşa əminlik gətirməyəcək. Orada heç vaxt bizim bu səylərimizdən xəbər tutmayacaqlar, çünki o tərəfdə KİV-lər çoxdan «təmizlənib», interneti isə tez-tez söndürürlər» - Bikşe yazır.
Ancaq onun sözlərinə görə, dəstək xəbərini hər bir rejim əleyhdarına çatdırmaq üçün etibarlı üsul var. Onun fikrincə, «terrorçu albalını» - dünya çempionatı çərçivəsində, hazırda Riqada olan Belarusun xokkey komandasını saxlamaqla, buna nail olmaq mümkündür.
«…Bu, sadəcə, cəsarət tələb edir. Biz, heç nə itirmərik - biz, artıq həddindən artıq azadlıq, özünəhörmət və qürur itirmişik» - Bikşe fikirini tamamlayıb.
AzPolitika.info


Şərhlər