Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən daxil olan məlumatda deyilir:
"Xəbər verildiyi kimi, 26 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.
Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub".


Şərhlər
Son illər Bazarlarda yanğın hadisələri tez-tez baş verir, ancaq cinayətkar cəzasız qalır. Belə ki, iki il bundan əvvəl Şəki Bazarında yanğın baş vermiş, yüzlərlə vətəndaşın əmlakları tələf olmuş, heç kimdə cəza almamışdır. Günahkarda elektrikin üztündə qalmışdır... Hüç bir təhsili , savadı olmayan olmayan , mollalıqla məşğul olan, əvvəllər gözətçi işləyən Eldəniz Hacıağayevi Şəki-Bazar ASC-nə müdir təyin ediblər, həmçinin onun müavinləri Eldar, Rövşən.... Baş mühasib vəzifəsinə isə dəmirçiliklə məşğul olan Səmaili təyin etməklə səhmdarların hüquqlarını kobud qaydada tapdalayıblar, söz deməyə adam tapmırsan.... Onu da qeyd etmək istəyirəm ki, Şəki-Bazar ASC- Beynalxalq Bankın sabiq müdiri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadənindir.. Bütün səlahiyyətli orqanlar Şəki Bazarında yaranmış özbaşnalıqlara göz yumurlar. İldə ən azı 500,0 - 700,0 min manat verrgidən yayınma hallarına yol verirlər,aidiyyatı qurumlarda göz yumurlar ? Azərbaycanımızın inkişafı naminə Qanunlarımız Bazara şamil olunmalıdır ?