Menu

Deputat kredit təşkilatındakı payının bir hissəsini satıb

26.05.2021, 10:58
Deputat kredit təşkilatındakı payının bir hissəsini satıb

"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb.

"Report" xəbər verir ki, söhbət Tamara Polyakovadan gedir.

O, BOKT-un səhmlərinin 14%-ni əldə edib, Son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Şərhlər

esger 2021-05-26 12:12:19

Əhaliyə yuksək faizlə kredit verən bankın səhmdarı -deputat kimi kredit faizlərin azalmasını istəyər ya istəməz? Bu suallın cavabı bəllidir. Məlumata görə xeyli deputatın banklarda səhmləri var.Ona görə kreditin azalmasını gözləmək əbəs yerədir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol