Konqo Demokratik Respublikası (KDR) Prezidenti Feliks Tşisekedi, xarici mədən şirkətləri ilə Çinin dünyanın lider elektrikli avtomobil istehsalçısı olmaq istəklərinə təsir edə biləcək bir sıra sövdələşmələri yenidən müzakirə etmək istədiyini söyləyib.
Prezidenti Feliks Tşisekedi mətbuata açıqlamasında deyib ki, özlərini zənginləşdirməyə gələn bu investorlarla çox sərt davranacaq. Belə ki, ölkəyə boş ciblə gəlib, milyardlarla birgə tərk edirlər: “Ölkənin qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurmaq üçün mədən müqavilələrinin tənzimləməsinin vaxtı çatıb. Korrupsioner məmurlar tərəfindən aparılan sövdələşmələr pis şəkildə müzakirə və zəif koordinasiya edilmişdi. Daha pisi, dövlətə qayıdan o az bir məbləği də öz ciblərinə qoyublar”.
Mərkəzi Afrika ölkəsi dünyanın ən böyük kobalt istehsalçısıdır. Bu, elektrikli nəqliyyat vasitələri və smartfonlar, planşetlər və noutbuklar kimi cihazlara enerji vermək üçün istifadə olunan batareyaların tərkib hissəsidir.
Prezident Tşisekedi, sələflərinin Kinşasadakı mədən şirkətləri ilə bir çoxunun yoxsulluq içində yaşayan Konqo xalqını ölkələrinin mineral ehtiyatlarının satışından əldə etdikləri fayda payından məhrum edən birtərəfli müqavilələr imzaladığına inanır və onlarla yenidən danışıqlar aparmaq niyyətindədir. F.Tşisekedi hər hansı bir investorun adını çəkməsə də, keçmiş prezident Jozef Kabilanın rəhbərliyi dövründə Çin mədənçiləri ilə imzaladığı bəzi müqavilələri nəzərdən keçirməyi düşünür. Kabilanın dövründə imzalanan ən böyük sövdələşmələrdən biri, 2008-ci ildə dövlətə məxsus Konqo əmtəə ticarəti və mədən şirkəti “Gecaminesin Sinohydro” və Çin Dəmir Yolları Mühəndislik Korporasiyasının rəhbərlik etdiyi çinli firmaların konsorsiumu ilə bir mis istehsalı üçün “Sicomines” adlı ortaq bir müəssisə qurmaq olub. 2012-ci ildən bəri Çin şirkətləri KDR-ə 10 milyard ABŞ dollarından çox pul köçürüb.
Bu arada, Nyu-Yorkdakı “House Mountain Partners” əmtəə məsləhət şirkətinin prezidenti Kris Berry, misin qiymətinin son zaman ən yüksək səviyyəyə çatması ilə bağlı deyib ki, dövlət məmurlarının xarici təşkilatlarla müqavilələri yenidən müzakirə etmək istədikləri heç də təəccüblü olmamalıdır. K.Berry deyib ki, Çin KDR-də və ümumilində Afrikada çox böyük bir gücə sahibdir.
Konqo dünya kobalt filizi ehtiyatlarının yüzdə 60-dan çoxuna nəzarət edir. Dünyanın ikinci ən böyük kobalt mədəninə - KDR-dəki Tenke-yə sahib olan Çin Molibden, bu yaxınlarda Kisanfu qaynağını Freeport McMoRandan 550 milyon dollara satın alıb. Çin dünyanın ən böyük kobalt idxalçısıdır və hər il bunun təxminən 95.000 tonunu alır. KDR-də fəaliyyət göstərən digər Çin şirkətləri arasında “Huayou Cobalt”, “Chengtun Mining”, “Wanbao” və “CNMC” yer alır.
AzPolitika.info


Şərhlər
Qara Konqo irad tutur! 33 il üç milyonluq hayların əsarətində saxlanan Bakı isə BBK məmnunluğunu bildirir ki, 31 mlrd invest qoyub. 31 mlrd i