Menu

Nigeriyada göyərtəsində 160 nəfər olan gəmi çevrilib

26.05.2021, 21:46
Nigeriyada göyərtəsində 160 nəfər olan gəmi çevrilib

Nigeriyada 160 sərnişin daşıyan gəminin çevrilməsi səbəbindən onlarla insan itkin düşüb.“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Kebbi ştatının Nqaski rayonunun yerli hökumət dairəsinin sözçüsü Abdullah Buxari Vara bildirib ki, indiyə qədər yalnız 22 sərnişin sağ tapılıb, bir nəfər ölüb. O qeyd edib ki, hazırda itən şəxslərin axtarışları davam edir.

Qeyd olunub ki, gəmi yalnız 80 sərnişin daşıya bilərmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol