Menu

Sumqayıtda 91 yaşlı qadın intihar edib

26.05.2021, 23:08
Sumqayıtda 91 yaşlı qadın intihar edib

Sumqayıtda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

1930-cu il təvəllüdlü Nuriyeva Asiya İsa qızı yaşadığı mənzildə özünü asıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol