Mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə açıqlanan müsbət qərarlardan metronun və şəhərlərarası nəqliyyatın fəaliyyətinin bərpa olunmasını qeyd etmək olar. Amma təəssüf ki, şənbə-bazar günləri ictimai nəqliyyat yenə işləməyəcək. Bunun səbəbi barədə inandırıcı, əsaslı izahat verilməyib.
Məsələn, belə bir sual ortaya çıxır: əgər ölkədə bütün ticarət mərkəzlərinin, AVM-lərin fəaliyyətinə icazə verilirsə, istirahət günləri insanlar ora necə gedəcəklər? Bütün məkanlar işləyirsə, ictimai nəqliyyatda yoluxma təhlükəsi nə qədər əsaslıdır? Vətəndaşlar nəyə görə əlavə xərc çəkib taksilərdən istifadə etməlidir?

Təəssüf doğuran qərarlardan biri də dəmir yolu ilə sərnişindaşımaya hələ də icazənin verilməməsidir. 40-50 sərnişin tutumlu avtobuslar işləyəcəksə, hansı məntiqlə qatarlar işləməyəcək? Yeri gəlmişkən, bu sektorda əsas gəlir daşımadan formalaşdığına görə son aylar dəmir yol işçiləri maaşlarını ala bilmirlər.
Aidiyyatı qurumlar bu və ya başqa reallıqları niyə nəzərə almayıblar?

İqtisadçı Samir Əliyev hesab edir ki, həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Onun sözlərinə görə, bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə, sosial zərər yaradır. Ekspert fikrini əsaslandırmaq üçün bir neçə məqama diqqət çəkib:
- Yoluxmanın qarşısı alınmır. Taksilərə 4 nəfər oturur və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar;
- Gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı ən azı 1 manat olduğundan, vətəndaş avtobusdan (30 qəpik) 3 dəfə çox gediş haqqı ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir;
- Tıxaclar yaradır. Şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə "1 manatlıq" taksilər hesabına tıxac yaradır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl, həftəsonları şəxsi maşınlardan istifadə artır.
- Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Təsəvvür edin, şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur. Həmin vəsait faktiki olaraq vergidən kənarda qalır.
S.Əliyev qeyd edib ki, eyni məsələni rayonlararası nəqliyyatın işləməməsinə də şamil etmək olar. O, əlavə edib ki, böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir.
"AzPolitika.info"

Şərhlər
Covid-19 virusuna qarşı ilkin texniki sədd masqa və ara məsafədir. Nəqliyyatda isə yenə ara məsafə-seyrəklikdir. Bunların təminatı üçün hər marşrut avtobuslarının sayını artırmaq, 20 yanvardan keçən marşrutları isə kəskin (azı iki dəfə) azaltmaq gərəkdir.)
Onu bilirem ki,her bir memur. , evden cixanda , fikirleshir ki, bu qûn ne qeder eve pul aparacam ( yani rûshvet ) yatandada fikirleshirler ki, sabah ne qerar cixardaq ki, millet eziyyet ceksin , DYP ishcileri var ki, arvaddari erleri ishden qelende , Qapinin dalindan sorushurlar , ne qeder yiqmisan ? azdisa eve buraxmirlar ,,, Bax bele bir memurlarnan biz yashamaqa mecburuq !!! Allah qec eder , Qûc eder ! Bilesiz !
Bu ondan baş verir ki? Qərar verən məmurlar ya şəxsi ya da xidməti nəqliyyatdan istifadə edir, indiki məmurlar kreslo məmurlarıdır. Onlar yerində vəziyyəti öyrənmir. Çoxun nəqliyyat sahəsi hec iş təcrübəsi yoxdur.Necə deyilər toxun acıdan xəbəri yoxdur.
Allahu Təala bu məmurlarla tez bir zamanda haqq-hesab çəksin! Amin, Amin, Amin!!!!!!!!!!
6-bazar nəqliyyatın işləməsinə qadağa qoyan hər kimdirsə kasıb əhalinin düşmənidir. ...
Samir müəllim tamamilə haqlıdır.Həftəsonu nəqliyyatın işləməsinə qadağa qoymaq nadanlıqdır və hansısa anti-xalq olan bir adamın uydurmasıdır.