7 mindən artıq saxta əlillik pensiyasının verilməsi dayandırılıb

"Son 3 ildə ölkədə 7 mindən artıq saxta əlillik pensiyasının verilməsi dayandırılıb". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Cavid Əbdul-Qədirov jurnalistlərə açıqlamasında bildirib. Qurum rəsmisi qeyd edib ki, ölkədə vətəndaş müayinə edilmədən əlilliyin ləğvi barədə qərar verilməyib: "Əlillik müddəti başa çatan vətəndaş dəvət olunur, müayinələrdən keçirilir. Əgər vətəndaşların xəstəliyi əlillik meyarına uyğun deyilsə, onun əlilliyi dayandırılır. Əlilliyi ləğv edilən şəxslərdən çoxlu sayda müraciətlər var".

Cavid Əbdul-Qədirov qeyd edib ki, hər bir əlilin əlilliyi 5 ildir: "2015-ci ildə vətəndaşlar əlillik dərəcəsi alıb və 5 il müddət başa çatandan sonra vətəndaşın əlillik müddəti dayandırılır. Əlilin sənədləri yenidən toplanır və əlilliyinə yenidən verilir".

Cavid Əbdul-Qədirov onu da vurğulayıb ki, bu il də vətəndaşlardan saxta əlillik aşkarlanarsa, həmin şəxslərin də əlilliyi dayandırılacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar