Menu

Türkiyə iki yeni neft yatağı açıb - Ölkənin şərqində və qərbində

28.05.2021, 00:10
Türkiyə iki yeni neft yatağı açıb - Ölkənin şərqində və qərbində

Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan elan edib ki, ölkəsi 3 yeni neft buruğu açıb və onların ilkin işlənməsinə hələ ötən ay başlayıb.

Bu barədə mayın 27-də «Daily Sabah» nəşri xəbər verib.

Gözlənilir ki, yeni yataqların illik daxili neft hasilatı həcmi layihə gücü nəzərə alınmaqla, Türkiyədə gündəlik 61 min barreldən çox artacaq.

Ərdoğan İstanbuldakı tədbirdə iştirak edənləri məlumatlandırıb ki, neft cənub-şərqi Diyarbəkrdə iki quyuda və şimal-qərbi Qırıqlarelində 3-cü blokda aşkar olunub.

Onun sözlərinə görə, bu tapıntı ölkədə gündəlik neft hasilatını 6800 barrel artıracaq.

Gündəlik 2800 və 3000 barrel ətrafında uyğun olaraq, «Akoba-1» və «Yenişəhər» quyularında (Diyarbəkr) və daha 1000 barrel «Misinli-2» (Qırıqlareli) quyusunda hasil olunacaq. Bunu da cümə axşamı Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

AzPolitika.info

Şərhlər

Mirzə Qafarlı 2021-05-28 08:10:42

Bu münasibətlə, qardaş Türkiyə xalqını təbrik edirəm! Xeyirli, uğurlu və davamlı olsun!

t.ədalət 2021-05-28 00:49:41

Tanrı Türkiyəmizi qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol