Menu

"Tək millət, iki dövlət şüarı ilə oynadıq" - TFF prezidenti

27.05.2021, 23:32
"Tək millət, iki dövlət şüarı ilə oynadıq" - TFF prezidenti

"Gözəl oyun və yaxşı mübarizə oldu. Tək millət, iki dövlət şüarı ilə oynadıq. Azarkeşlər də oyunboyu komandaları dəstəklədilər". "Report"un məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra deyib.

TFF rəhbəri matçdan sonra AVRO-2020-də iki oyunlarını Bakı keçirəcəklərini xatırladıb: “Avropa çempionatı yolunda ilk oyunumuzu Azərbaycana qarşı keçirdik. Uels və İsveçrə ilə oyun Bakıda olacaq. Bu bir başlanğıcdır. Ümid edirəm ki, qrupdan çıxıb, yolumuza davam edə biləcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol