Bakının Nəsimi rayonunda iri ağac qırılaraq 2 avtomobilin üzərinə düşüb.
APA xəbər verir ki, “Hyundai” markalı avtomobil binanın qarşısında hərəkətsiz vəziyyətdə, digər “KİA” markalı avtomobil isə hərəkətdə olarkən ciddi ziyana məruz qalıb.
Hərəkətdə olan, şəhər sakini İradə İbrahimovaya məxsus avtomobildə azyaşlı da olub.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları gəlsə də, xəsarət alan olmayıb.
Hazırda əraziyə Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları cəlb edilib. Kökündən çıxaraq yerə düşən ağac hissələrə doğranaraq ərazidən uzaqlaşdırılıb.
Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə müvəqqəti dayanacağa aparılıb.


Şərhlər
Inqlab , fabricius ) ( kôhne ad ) tininde balaca bir bosh sahe var idi, 2 binanin ortasinda. Aqaclar var idi , heyva , shaftali , qilas , ve saire,,, qeldiler budamaq adiynan kesdiler kesdiler ,,, tam yoxa cixartdilar aqaclari. Yerdinde obyekt tikdiler, Indi hal hazirda dônerxanadi,,, Yani demek isteyirem ki, aqaclarda sifarishle kesilir ) Bilesiz !