Menu

“Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik” - Əli Əsədov

29.05.2021, 20:06
“Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik” - Əli Əsədov

“Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

Baş nazir qeyd edib ki, bu, bizim prinsipial mövqeyimizdir: “Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir”.

Şərhlər

Millət 2021-05-29 20:36:28

Xankəndi xicalı və sair rusda ermənidədir. Dəyiş-düyüş etmisiniz öz kreslonuzu qorumaq üçün rusu da gətirmisiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol