Menu

“ABŞ bütün təhdidlərə cavab verməlidir” - Kamala Harris

30.05.2021, 00:02
“ABŞ bütün təhdidlərə cavab verməlidir” - Kamala Harris

Pandemiya nəticəsində dünya birliyi inkişafın prinsipcə yeni mərhələsinə çıxıb və Amerika Birləşmiş Ştatları (ABŞ) təhdidlərdən müasir müdafiə yollarını tapmalıdır.

Bu barədə mayın 28-də ABŞ-ın vitse-prezidenti Kamala Harris Annapolsdə (Merilend ştatı) ABŞ HDQ Akademiyasının buraxılış kursu qarşısında çıxışı zamanı bəyan edib.

«Biz, indi yeni eraya qədəm qoyuruq. Yeni dövrana - özünün məxsusi sınaqları, özünün məxsusi çağırışları» və əlverişli imkanları ilə xarakterizə olunan dövrana daxil oluruq - Harris bildirib - Pandemiya əvvələr baş verənləri sürətləndirdi. Və o, bizim dünyamızın yeni eraya keçidini sürətləndirdi, əbədi olaraq bizim dünyamıza təsir göstərdi, əbədi olaraq bizim baxışlarımıza təsir göstərdi».

Ardınca, vitse-prezident öz fikirlərini irəli aparıb və izah edib ki, «nə vaxt hakerlər dəstəsi bütün sahil boyu yanacaq tədarükünü pozursa, bir ölkənin karbohidrogen tullantıları isə bütün Yer kürəsinin müdafiəsini təhdid edirsə, o zaman əvvəlkilərdən heç birinə bənzəməyən yeni era gəlir».

«Bizim qarşımızda dayanan çağırış - Harris inandırmağa çalışır - o barədəki məsələlərin həllini nəzərdə tutur ki, müasir müdafiəni nəhəng təhdidlərdən necə qorumalı?»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol