Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.
Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.
"AzPolitika" xəbər verir ki, İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını "7times".az-a təsdiqləyib.
O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.



Şərhlər
7 il icra hakimiyyətində, yuksək vəzifəyə qalxıb sonra ərizə yazıb çıx işdən inandırıcı deyil.Özüdə Prezedent aparatı bu məsələni araşdırmalıdır, bizdə vəzifələrdə olan qadınları barmaqla saymaq olar. Azərebaycanda gender problemi var.Qadınların yuksək vəzifələrdə sayı çox azdır.Etiraf edək ki, sosial, ailəuşaq problemlərə qadınlar daha həsas yanaşır.
İndi elə bir məmur tapmamq mümükün deyil ki, öz isyəyi ilə işdən çıxsın. Heç elə şey yoxdur və olmayacaq.....İşdən çıxmaq, ölkədən çıxmaq vəziyyəti dəyişməyəcək..