Menu

Rusiyada atışma olub, xəsarət alanlar var - VİDEO

30.05.2021, 22:26
Rusiyada atışma olub, xəsarət alanlar var - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində sakinlərə atəş açan şəxs saxlanılıb. Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Onun keçmiş polis əməkdaşı olduğu bildirilir. Məlumata görə, cinayətkar saxlanılma zamanı müqavimət göstərib.

Rusiyanın bəzi mətbu orqanları hadisəni törədən şəxsin Sergey Bokov olduğunu bildiriblər. Məlumata görə, o, əvvəllər də məhkumluq həyatı yaşayıb. S.Bokov 20 il əvvəl - 2001-ci ildə 1 nəfəri qətlə yetirib.

Qeyd edək ki, hadisə Borodin küçəsində qeydə alınıb. Atışma zamanı azyaşlı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şərhlər

kamil 2021-05-31 00:05:44

Novosibirskdən niyə yazmırsız

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol