Menu

Sabirabadda ər və arvad bıçaqlanıb

30.05.2021, 23:23
Sabirabadda ər və arvad bıçaqlanıb

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Axısxa kəndində qeydə alınıb.

Kənd sakinləri - 1974-cü il təvəllüdlü Əliyev İlqar Ağakamil oğlu və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Ziyafət Səməd qızı çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, ər-arvad ailədə baş verən münaqişə zamanı tanıdıqları şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2021-05-30 23:39:42

Son vaxtlar ard-arda bıçaqlanma haqqında informasiyalar çoxalır.Bu da onu göstərir ki,bıçaqlama cinayətinə görə cəza çox azdır.Görünür,cəza müddətini 10-15 ilədək uzatmağa ehtiyac var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol