Ev şəraitində suyun keyfiyyətini necə müəyyən etməli? - Ekspert danışır

Ev şəraitində içməli suyun keyfiyyətinin tam və mükəmməl analizini aparmaq mümkün deyil, ancaq bir sıra əsas parametrlər üzrə yoxlama aparmaq olar. Bu parametrlərə suyun rəngi, bulanıqlığı və qoxusu aiddir.

«Baryer» şirkətinin biokimyaçısı Mariya Kuleşova «Praym» agentliyinə uyğun tövsiyələr verib. Onun sözlərinə görə, bulanqlıq və rəng kimi parametrlər heç bir çətinlik olmadan vizual qaydada müəyyən oluna bilir.

Həm də əgər santexnikada daim pas çöküntüsü müşahidə olunursa, bu, suda üçvalentli dəmirin iştirakını göstərir. Suyun codluğunu isə çaynikdə ərpin əmələ gəlməsi ilə müəyyən etmək olar. «Bu, nə qədər tez baş verirsə, su da o qədər coddur» - Kuleşvova bildirib.

Bundan başqa, suyun keyfiyyətini təyin etmək üçün sadə reseptlərdən istfadə emək olar. Məsələn, akvariumda suyun PH-nı, nitratların, nitritlərin və xlorun miqdarını yoxlamaq üçün xüsusi testləri önə çəkmək olar. Biokimyaçı qeyd edib ki, xüsusi təhsili olmayan adamlar da onlardan istifadə edə bilər. Belə testlərin çatışmazlığı onların kifayət qədər aşağı dəqiqliyidir - bu və ya digər elementlərin miqdarını onların köməyi ilə dəqiq müəyyən etmək mümkün deyil.

Ev şəraitində suyun rəngini yoxlamaq olar. Bunun üçün su dolu butılkanı ağ kağız vərəqin üzərinə qoymaq olar - suda heç bir «kölgə» müşahidə edilməməlidir. Ekspert əlavə edib ki, lakmus kağızı vasitəsilə ekspress-test aparmaq və məsələn, turşuluğu, dəmirin iştirakını və codluğu müəyyən etmək olar.

Mütəxəssis qeyd edib ki, suyun keyfiyyətini butılkada müəyyən etmək xeyli mürəkkəb məsələdir. Xüsusilə də suyun dadı və rənginə diqqət yetirməyə dəyər.

«Ancaq su haqqında tam informasiya əldə etmək üçün laboratoriyaya üz tutmaq yaxşı olar» - Kuleşova fikrini tamamlayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar