Menu

BAKIDA MƏHKƏMƏ HAKİMİ HƏYAT YOLDAŞINI ÖLDÜRDÜ! - Odlu silahdan atəş açıb... (FOTO)

31.05.2021, 09:24
BAKIDA MƏHKƏMƏ HAKİMİ HƏYAT YOLDAŞINI ÖLDÜRDÜ! - Odlu silahdan atəş açıb... (FOTO)

Bakıda qətl törədilib.

APA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğundan araşdırma aparılır.

Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

***

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Köhnə azərbaycanlı 2021-06-01 00:48:23

Rus xalq misalı: "Qazamatdan və dillənçilikdən heç kim suğotalanmayıb".n

Mustafaoğıu 2021-05-31 22:49:07

Görün kimlər Hakim təyin olunublar ? Yüksək bal toplayan namizədlər kənarda qalıblar, "60" bal toplayanlar isə Hakim təyin olunublar ?????

Niyaməddin 2021-05-31 17:50:22

Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə.

Вагиф 2021-05-31 14:07:31

Да жизнь интересная штука . Сам вершил судьбы людей а щас сам оказался по ту сторону

Cəmşid Dərələyəzli 2021-05-31 11:56:49

Görün indi bu "hakim" apardığı məhkəmələrdə neçə vətəndaş "öldürüb". Bu da Ədliyyə Nazirliyiinin yeni əsəri.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol