Türkmənistanın Lebapsk vilayətində bütün dövlət idarələrinin rəhbərləri və özəl müəssisələrin sahiblərinə başlarını daz qırxdırmaq və mütləq mənada, milli baş geyim olan araxçın geyinmək tapşırığı verilib.
Özəl mənbələrinə istinadla, «Azadlık Radiosu»nun xəbər verdiyi kimi, bu qayda mərhumun (Prezident Qurbanqulunun atası Məlikqulu Berdımühəmmədovun) 40 günü ötənə qədər dövriyyədə olacaq.
Xəbər verilir ki, vilayətlərin rəhbət kadrlarından belə tələb Türkmənistan Prezidentinin özü atası öləndən sonra əhali arasında milli baş geyimində görünəndən sonra meydana çıxıb.
Məlumatlı həmsöhbət həm də nəşrə xəbər verib ki, məmur və məktəb direktorlarına xəbərdarlıq edilib ki, əgər onlar Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının gözünə araxçınsız görünsələr, o saat işdən azad ediləcəklər.
Verilən xəbərə görə, Məlikqulu Berdımühəmmədov aprelin 18-də 88 yaşında ölüb. O, Türkmənistan daxili qoşunlarının ehtiyatda olan podpolkovniki rütbəsində olub.
AzPolitika.info


Şərhlər