ABŞ-ın və dünyanın iri elektron ödəniş sistemi - “PayPal”ın Azərbaycanda tam fəaliyyət göstərməsi üçün işlər aparılır.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport" portalının rəhbəri Ayxan Qədəşov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyinə məxsus “Azərpoçt” MMC ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimində bildirib.
"Hazırda “PayPal” ölkəmizdə qismən fəaliyyət göstərir. Onun tam fəaliyyət göstərməsi üçün müəyyən işlər görülməlidir. Xüsusilə, bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməlidir və təbii ki, bu işlərdə “Azərpoçt”un da rolu böyükdür", - deyə o, qeyd edib.


Şərhlər
Hörmətli Azpolitika Çalışanları sizdən xaişim Paypal haqqında mövzu açasınız. Dünyanın 200 yaxın ölkəsində bu ödeniş növü rahatlıqla istifadə etmək mümkündür, hetda Afrikanın ən geride qalmış ölkelərinde belə istifadə etmək mümkündür. illərdir Azerbaycanda bu haqqda mövzular açılsada 1 addım atıldıqın göre bilmirik.