Menu

Vətən müharibəsi qazisinin atasına Milli Məclisdə vəzifə verilib - FOTO

02.06.2021, 15:53
Vətən müharibəsi qazisinin atasına Milli Məclisdə vəzifə verilib - FOTO

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunub. Parlamentin Sədri Sahibə Qafarovanın imzaladığı sərəncama əsasən, əvvəllər sözügedən şöbədə sektor müdiri vəzifəsində çalışan Eldar İsmayıl oğlu Əsgərov bu vəzifəyə keçirilib.

Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır. İxtisasca hüquqşünas olan, iki övlad atası Sabir Əsgərov öncə Füzuli rayonunda bir neçə kəndin mənfur erməni işğalçılarından azad edilməsində iştirak edib. Sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılaraq o ərazidəki yüksəkliklərin ələ keçirilməsində şücaət göstərib. Şiddətli əks-hücum əməliyyatlarından birində sol ayağından çox ağır qəlpə yarası alsa da axşamdan səhərə qədər səngər yoldaşlarına kömək edib.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Sabir Eldar oğlu Əsgərov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. Qazinin atasının Milli Məclisdə belə bir yüksək vəzifəyə təyin olunması isə Vətən müharibəsi iştirakçılarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilməsinin daha bir nümunəsidir.

Şərhlər

Hidayət Abbaslı 2021-06-02 19:44:45

Halal olsun spikerə. Məncə milli məclis belə mövzularnan gündəmdə olmalıdı. Mən şəxsən çox sevindim. Eşq olsun sizə.

Asim Hacılı 2021-06-02 19:42:34

Eşq olsun! Örnək davranışdır.

Elçin Namazov 2021-06-02 18:30:39

Sahibə Qafarovanın bu addımı digər məmurlar üçün də örnək olmalıdır. Vətən müharibəsində canlarından keçən, sağlamlığını itirən hər bir qəhrəman əsgərimizin ailələri Azərbaycan dövlətinə əmanət olmalıdır

Elçin Heydərov 2021-06-02 17:18:00

Təşəkkür edirəm Hörmətli Sahibə xanım. Siz ziyalılğınız ilə nümunəvi insansınız. Təcrübəli spiker olmaqla yanaşı, həm də ölkəmizi xaricdə ləyaqətlə təmsil edirsiniz. Bu qürurvericidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol