Sunik: Su xalqının mahalı

İlhami Cəfərsoy

Ermənilərin Sünik adlandırdıqları mahalın qədim adı Su olmuşdur. Albaniya tarixinin köhnə nəşrlərində o mahal Sunestan adlanır (История Агван 1861 s. 160). Su+nestan suya sitayiş edən xalqın ölkəsi deməkdir. Həmin ölkənin sınırları Göyçə gölündən başlayır, Araz çayına qədər uzanırdı.

Eradan öncə 782-ci ilə aid Urartu qaya yazılarında Su xalqının ölkəsi Su+ina formasında yazıya alınmışdır. Rus və erməni mətnşünasları etiraf edirlər ki, Suina ölkə adının kökündə su sözü durur. Ancaq o sözün hansı dilə aidliyi barədə susurlar.

Urartu mixi yazılarında Suinadan başqa Kexuni, Ayeza, Ultuza, Urtexuni ölkə adları da vardır (Никольский 1896. s. 225; Мещанинов 1927. s. 73; Пиотровский 1944. s. 273, 280; Арутюнян 1985. s. 126; Меликишвили 1960. s. ; Мещанинов 1962. s. 97) və s.

Kexuni etnotoponiminin kökündə göyə, Ayeza-ayaza, Ultuza-ulduzlara, Urtexuni-ördəyə totemik münasibət bəsləyən qəbilələrin adı durur. Qonşularımız bunun da üstündən sükutla keçirlər.

Özü də Su nəslindən olan Sunikli Pyotr (VIII əsr) yazır ki, Sunik əhalisi Sunik dilində danışır (Адонц 1915. s. 182). Sunik dlilində suya su, göyə gök, ulduza ultuz, buludsuz havaya ayaz deyilirsə, burada tapmaca quraşdırmağa ehtiyac yoxdur.

Sunik qəbilə ittifaqının icmaları Aksu, Karasu, Gökçay, Arpasu, Arisu, Balasu, Souksu adları daşıyırdılar. Əgər burada bircə erməni toponimi varsa, göndərin Paşinyan yazdırsın dədəsinin qəbir daşına.

Arisu arı, təmiz su deməkdir. Arisu, Souksu qəbilələri xəzərlər və abxazlar arasında da yaşayırdılar (Эвлия Челеби 1983. s. 83; Кёстлер 1975. s. 144). Mahmud Kaşğari yazır ki, Su bir türk boyudur (MK IV. 2006.s.740).

Musa Xorenlinin “Tarix”ində Su Yafəs nəsillərindən (Шопен 1866.s.40). Yafəs dilləri Turan dilləri ilə sami dillərinin qarışması nəticəsində yaranmışdır.

Bunu akad. Marr qismən, Rozaliya Şor tamamilə sübuta yetirmişdir (Mapp 19202.s. 3-54; Шор 1931. s. 223-244).

Urartu qaya yazılarında Su qəbiləsinin adı dinqir işarəsi altında göstərilir (Никольский 1893. s. II). Dinqir Şumer dilində tanrı deməkdir. B.B. Piotrovskiyə görə Urartu mətnlərindəki dinqir Su su tanrısına tapınan etnosun adıdır (Пиотровский 1944. s. 273, 280).

Su sözü türk dillərindən başqa dillərə də keçmişdir. Bunu ayrıca bir tədqiqatın obyektinə çevirən A.A.Qlonti yazır ki, su sözü bütün türk dillərində vardır, ancaq bütün ari və sami dillərində yoxdur (Глонти 1936. s. 227-228).

Su nəslinin bir hissəsi hələ İbrahim peyğəmbərin zamanında Şumerin Ur şəhərində samilərlə qarışmış, nəticədə 7 Yafəs dilindən biri yaranmışdır. İosif Flavi(I əsr), “İudeyanın qədimliyi” əsərində yazır ki, Su Avraamın Ketura binti-Kənandan olan 6 oğlundan biridir (İосиф Флавий 52390. s. 50).

Nəzərə alsaq ki, 160 il ömür sürən İbrahim peyğəmbər er. əv. 1775-ci ildə vəfat etmişdir (Библейская Энциклопедия I, 1891, s. 14), deməli Sunik Ön Asiyanın çox qədim etnoslarından biridir.

K.V. Trever ermənilərin özlərinin kilsə salnamələrinə istinadən yazır ki, köçəri maldar Sunik əhalisi etnik, iqtisadi və mədəni cəhətdən ermənilərə yox, albanlara yaxın olmuşdur (Тревер 1959. s. 146).

Qafqazşünasların çoxunun düşüncəsinə görə Sunik Urartu yazılarındakı Suinia ölkə adının erməni formasıdır. Su sözü də, -nik şəkilçisi də bizim dilə aiddir. –nik Azərbaycan dilindəki –lik şəkilçisinin deyiliş formasıdır: çəmənlik-çəmənnik.

Xristianlıq dövründə Su nəslindən Sunetsi Vaşak (Егшие 1971. s. 53), Sunetsi Pyotr (История Агван 1861. s. 314) adlı din xadimləri çıxmışdır. Ermənilər onları özününküləşdiriblər. Su etnik adına –etsi şəkilçisi artırmaqla gözləri doymayıb. Vaşak adını Vasaq eləyiblər.

Biz erməni xislətinə bələd olduğumuz üçün ilkin mənbələrə istinadən əsərimizi yazmalıyıq. Sünikə Sunik, Zəngəzura Zəngi dərə, İrəvana İrova deməliyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar