Yaponiya hökuməti 2025-ci ildə Özünümüdafiə qüvələrinin Komatsu aviabazasında (Yapon dənizi sahilində İsikava prefekturasında yepləşir) Amerika Birləşmiş Ştatlarından (ABŞ) alınmış 4 ədəd 5-ci nəsil F-35 qırıcısını yerləşdirmək niyyətindədir.
Bu barədə iyunun 2-də mənbə «Kyodo» agentliyinə xəbər verib.
Agentliyin məlumatına görə, qırıcıların yerləşdirilməsi «Yaponiyanın hava məkanına Rusiyanın və Çinin soxulmasının qarşısının alınmasına hesablanıb».
Qeyd olunur ki, Komatsu aviabazası hazırda Yapon dənizi sahilində qırıcılarla komplektləşdirilmiş yeganə bazadır. Orada 40-a yaxın F-15 qırıcısı yerləşib ki, onların bir hissəsini F-35 qırıcıları əvəzləyəcək.
Yaxın10 ildə Yaponiya ABŞ-dan 147 F-35 təyyarəsi, o cəmlədən 105 ədəd adi qalxma və enmə sistemli F-35A təyyarəsi və 42 ədəd F-35 KVVP təyyarəsi almağı planlayır. Yaponiya tərəfi F-35A təyyarələrinin alınmasına artıq başlayıb.
AzPolitika.info


Şərhlər