Menu

Türkiyə millisindən qələbə

03.06.2021, 22:53
Türkiyə millisindən qələbə

Türkiyə millisi Avro-2020-yə hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, "ay-ulduzlular" Moldova yığması ilə qarşılaşıblar. Almaniyanın Paderborn şəhərində keçirilən görüş türklərin qələbəsi ilə başa çatıb - 2:0.

Qolları Burak Yılmaz (58) və Cengiz Ünder (77) vurub.

Qeyd edək ki, Türkiyə millisi ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, 2-ci görüşdə Qvineya ilə qolsuz heç-heçə edib.

Xatırladaq ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrupunda Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol