Menu

Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA

04.06.2021, 12:29
Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib.

Özünü qanunsuz tikilinin sahibi kimi təqdim edən dünya və Avropa çempionu Araz Musayevlə bağlı FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov Unikal.org-a açıqlama verib.

General bildirib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari Sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi Araz Musayevin əməlləri araşdırılır: "Onunla bağlı yekun qərar araşdırıldıqdan sonra yaxın günlərdə nazirlik tərəfindən qəbul ediləcək".


Şərhlər

esger 2021-06-04 12:52:56

Eşq olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol