Menu

Azərbaycanda sentyabrdan qiymətlər qalxıb

21.10.2014, 09:29
Azərbaycanda sentyabrdan qiymətlər qalxıb

Bu ilin sentyabrında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri qalxıb.

Mallarının qiymətləri və xidmət tarifləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, xidmət tarifləri 0,1 faiz bahalaşıb.

Dövlət Statistik Komitəsindən AzərTAc-a verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri avqust ayının səviyyəsində qalıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər doqquz ay ərzində 1,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,4 faiz bahalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol