Menu

Şəhid jurnalist Sirac Abışovun nəşi yaşadığı evə gətirilib - VİDEO

05.06.2021, 08:18
Şəhid jurnalist Sirac Abışovun nəşi yaşadığı evə gətirilib - VİDEO

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovun nəşi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə gətirilib.

APA xəbər verir ki, onun nəşi yaşadığı Kərim Kərimov küçəsi hərbi şəhərciyə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Bildirilir ki, şəhid jurnalist sabah Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol