Menu

SOCAR-ın prezidenti “Rosneft”in baş icraçı direktoru ilə görüşüb

05.06.2021, 17:41
SOCAR-ın prezidenti “Rosneft”in baş icraçı direktoru ilə görüşüb

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, SOCAR prezidenti işgüzar səfəri çərçivəsində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun energetika panelində çıxış edib.

Şərhlər

t.ədalət 2021-06-06 21:53:21

Rusiya ilə yaxınlıq Azərbaycanı da sanksiyalara düçar edə bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol