Menu

Azərbaycan millisi Fransaya məğlub olub

06.06.2021, 00:09
Azərbaycan millisi Fransaya məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Qızıl Avropa Liqasında V turun oyununa çıxıb.

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransa ilə qarşılaşıb. II dövrənin meydan sahibi ilə görüşədək xal qazanmayan yığmamız yenə də uğursuzluğa son qoya bilməyib. "Quru hesablı" məğlubiyyət komandamızın qrup oyunlarını sonuncu pillədə başa vuracağını rəsmiləşdirib.

Qeyd edək ki, millimiz sabahkı son turda Rumıniya ilə görüşəcək.

Qızıl Avropa Liqası II dövrə V tur, 5 iyun 22:30. Fransa – Azərbaycan - 3:0

(25:14, 25:19, 25:20) 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol