Menu

Zaqatalada kişi özünü asıb

06.06.2021, 00:44
Zaqatalada kişi özünü asıb

Zaqatalada 67 yaşlı kişinin ağacdan asılmış meyiti tapıldı

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yengiyan kəndində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Nuruməhəmməd İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol