Menu

Qırğızıstan və Tacikistan orduları sərhəddən geri çəkilib

06.06.2021, 22:46
Qırğızıstan və Tacikistan orduları sərhəddən geri çəkilib

Qırğızıstan və Tacikistan orduları iki ölkə arasındakı sərhəd xəttindən geri çəkilib. Bu barədə Qırğızıstan sərhəd xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər arasında aparılan danışıqlar uğurla başa çatıb və hazırda sərhəd xəttində vəziyyət sabitləşib.

Qeyd edək ki, iyunun 4-də Tacikistan tərəfi Çon-Alay bölgəsinin (Oş vilayəti) Unju-Bulak ərazisində, sərhədin müəyyən olunmamış hissəsində konteyner quraşdırmağa başlayıb. Qırğızıstan sərhədçiləri bildiriblər ki, Tacikistan vətəndaşları onların bir kilometrə qədər ərazisinə giriblər. Sərhəddə vəziyyətin gərginləşməsi fonunda Qırğızıstan ordusu döyüşə tam hazırlıq vəziyyətinə gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol