Menu

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

07.06.2021, 08:38
İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol