Menu

Bakıda iki kitab oğurlayan şəxslər saxlanılıb - VİDEO

07.06.2021, 11:56
Bakıda iki kitab oğurlayan şəxslər saxlanılıb - VİDEO

Səbail rayonunda kitab mağazasından oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarından birindən oğurluq edilib. Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Şərhlər

pensioner 2021-06-07 17:43:23

Onları dərhal azad edib dövlət büdcəsini dağıdanlarla məşğul olmaq lazımdır.

Haci 2021-06-07 12:46:43

Ele teqdim etdinizki elebil mutewekil cinayetkar birlik zad tutulub. ))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol