Menu

"RAFAEL CƏBRAYILOV OQTAY ƏSƏDOVLA EV TİKMƏK ADI İLƏ MƏNDƏN 200 MİN ALDI" - Şərurlu İsfəndiyar

07.06.2021, 12:51
"RAFAEL CƏBRAYILOV OQTAY ƏSƏDOVLA EV TİKMƏK ADI İLƏ MƏNDƏN 200 MİN ALDI" - Şərurlu İsfəndiyar

"Şərur-İnşaat" tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib.

Bununla bağlı “Report”a açıqlama verən İsfəndiyar Axundov deyib: “Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda ( devalvasiyadan əvvəl - red) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı".

Şərurlu İsfəndiyar R.Cəbrayılova inandığı üçün borc verdiyini bildirib: "Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı... Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq".

Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev "Report"a bildirib ki, O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddialar yanlışdır: “Deyilənlər cəfəngiyyatdır”.

Qeyd edək ki, sabiq deputat Rafael Cəbrayılov hazırda həbsdədir.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla Rəfael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər

Elçin 2021-06-08 15:44:01

Özü kimi .....yoxdur

Camaat 2021-06-08 14:57:06

Bu İsbədiyar haralıdır bilmirəm,özu talançının yekəsidir.Soruşmaq lazımdır sən 200 mini,milyonları,milyardları haradan qazanmısan?Yoxsa eşşəyin belində gətirmisən? Xalqın pullarıdır.Əvvvəl axır hamınız cavab verəcəksiniz .

Roma 2021-06-08 09:53:36

Oqtay Əsədov kimi birisinin uzun illər Milli Məclisə sədrlik etməsini heç cür qəbul etmirəm. Azərbaycanda ən korrupsiyalaşmış 5-6 nəfərdən biri məhz Oqtaydır...

Camaat 2021-06-08 09:45:35

Bu Şərurlu isbədiyardır nədir dədəsindən Bakıya sərvət gətirib?Hamısı XALQIN sərvətidir.Oğrudan-oğruya halaldır deyirlər.Hər üçünədə haram olsun və olur.

mtk 2021-06-08 07:26:01

bu isfendiyar , o qeder yaxşı, mədəni, tərbiyəli insanlarin halal yolla illerle ev almaq uchun qepik-qepik yigib topaladigi pullari muxtelif geydirme firmalar adi ile ogurlayib sonra da ona buna peskes edir

Adil 2021-06-08 07:22:40

Mellimin, striptiz bari , ishleyir Moskvada? bilen varsa yazsin,,,,

Abbas 2021-06-07 21:25:27

Oktay Əsədovu kim mühafizə edir? Bu adam çoxdan türməlik idi.kl

Ədalət 2021-06-07 17:53:50

Kimsə yıxılan kimi, İsfəndiyar baltanı vurur belindən. Zamin bank , Rəfail Cəbrayılov. Hamı buna borcludur. ,Bunun özünü niyə yoxlammırlar ?

Rza 2021-06-07 14:09:51

bunların hər ikisi harınlamış isfındiyərin yanında normal insanlardırlar. İsfəndiyərə nisbətən haa

Abdulla 2021-06-07 13:33:55

Adam rüşvət verdiyini təsdiqləyir.Bəs qanun niyə işləmir? Yoxsa İsfəndiyar bizimdir deyə ona söz deyilmir?Axı qanunla rüşvət verən və alan eyni cinayət məsuliyyti daşıyır.Bu təsdiq etmirmi ki, Azərbaycanda qanunlar yalnız kasıblara işləyir!Hanı DİN.Prokurorluq ki, bu barədə cinayət işi açsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol