Menu

“Beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümküdür” - Rusiya XİN

08.06.2021, 00:36
“Beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümküdür” - Rusiya XİN

İyunun 7-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Fransa və Almaniya XİN rəhbərləri Jan iv Lö Drian və Hayko Maas arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlər Ermənistan-Azərbaycan sərhədi və Qarabağdakı vəziyyət, həmçinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı atəşkəs rejiminə ciddi riayət olunması, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.

Rusiya tərəfindən qeyd olunub ki, beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.

Şərhlər

oz ishinizle meshqul olun .... 2021-06-08 01:50:00

Bu foto goruntusundeki 3 nefer , oz olkelerinin kenarinda olan meselelere , ozlerinin MURDAR BURNUNU SOXURLAR , ay hiylegerler , riyakarlar , firildaqchilar , sizler SIYASI CINAYETKARLARSINIZ . Azerbaycan XALQI 5 - ci kolonun DIKTESINI REDD EDIR ve DAIMA REDD EDECEK , 5 - ci kolonun aqibeti chox pis olacaq .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol