Menu

"Silk Vey East Aviaşirkəti" ləğv olunur

08.06.2021, 10:57
"Silk Vey East Aviaşirkəti" ləğv olunur

“Silk Vey Holdinq” MMC-yə məxsus "Silk Vey East Aviaşirkəti" və "Silk Vey İnvestment" MMC-lər ləğv olunduqlarını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportuna bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər müvafiq olaraq 2016-cı və 2007-ci ildən fəaliyyət göstərirlər. Onların hər ikisinə holdinqin direktoru Zaur Axundov rəhbərlik edir.

Şərhlər

Elshan 2021-06-08 12:30:23

Yaxin zamanda butun holdingin baglamasini gozleyirik

Veteran 2021-06-08 11:21:38

Bəs talanan MİLYARDLAR necə oldu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol