Menu

Ermənistan, əsgərinin “dumana düşdüyünü” iddia edir

08.06.2021, 16:35
Ermənistan, əsgərinin “dumana düşdüyünü” iddia edir

Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində Laçın rayonu sahəsində sərhədi keçən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Artur Kartanyanın saxlanılmasına Ermənistan Müdafiə Nazirliyindən növbəti dəfə absurd, heç bir normal məntiqə sığmayan “cavab” gəlib.

Nazirlik bildirib ki, A.Kartanyan havanın dumanlı olması səbəbilə yolunu azaraq, Azərbaycan tərəfinə keçib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edərək, ərazimizə keçən kəşfiyyat-diversiya qrupunun məqsədi ərazilərimizin minalanması olub.

“AzPolitika”

Şərhlər

Xalq 2021-06-08 17:56:39

ermənini əsir tutmayın, öldürün. Ölü erməninin problemi olmaz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol