“HÖKUMƏTİN QARABAĞA QAYIDIŞLA BAĞLI PLANI VARMI?” – “Niyə ictimaiyyətə məlumat verilmir?”

“Soruşmaq istəyirəm ki, ümumiyyətlə hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılmasına dair hansısa planı varmı? Yoxdursa, niyə yoxdur? Varsa, niyə bu ictimaiyyətə açıqlanmır?”

Bu sualları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili bildirib ki, atəşkəslə bağlı sazişin imzalanmasından 7 aya yaxın bir vaxt keçir: “Dediyim məsələlərin açıqlanmaması, təxribatlara, söz-söhbətlərə, şayiələrə yol açır. Bundan başqa, hökumət ictimaiyyətə niyə məlumat vermir ki, hansı müddətə ərazilərin minalardan təmizlənməsinin başa çatdırılması planlaşdırılır? Yəni bu nə qədər vaxt alacaq? Ümumiyyətlə hökumət işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə qaytarılmasını hansı müddətdə həyata keçirəcək? Bu, neçə il davam edəcək? Biz, uzun müddətdir Ermənistandan tələb edirik ki, mina xəritəsini Azərbaycana təqdim etsin. Yəni biz, erməni millətini tanıyırıq, onların xislətinə bələdik. 30 il tələb etdik ki, işğal etdikləri torpaqlardan çıxsınlar, amma çıxmadılar. İndi də durub 30 il onlardan tələb etməli deyilik ki, mina xəritəsini bizə versinlər.

Ona görə də, bilmək istəyirik ki, hökumət hansı addımları atmağı planlaşdırır? Mən düşünürəm ki, bu barədə həm millət vəkillərinə, həm də ictimaiyyətə ətraflı, geniş məlumatın verilməsinə böyük ehtiyac var”.

635x100

Şərhlər

esger 2021-06-09 09:12:56

Bəs sizin partiya və ya digər partiyalar qayıdışla baglı hökümətə hər hansı bir təkliflər paketi hazırlayıb ya yox.Bəs Milli Məclis niyə bu təşəbüsü irəli sürmür

Watchman 2021-06-08 22:40:18

Dəlidən doğru xəbər burda deyiblər

Son yazılar