Menu

"Jurnalistlərin binası"nda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq ölüb - FOTO

08.06.2021, 20:49
"Jurnalistlərin binası"nda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq ölüb - FOTO

Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

APA xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol