Menu

Xalq artisti Ramiz Əzizbəyli vəfat edib

09.06.2021, 20:57
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli vəfat edib.

"Report" xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!

Şərhlər

Aslan Kənan 2021-06-10 08:54:45

Görkəmli sənətkar, gözəl insan, əziz dostum Ramiz bəyin ölümü məni çox kədərləndirdi. Ona rəhmət diləyir, ailəsinə səbr arzulayıram. Yerin cənnət olsun, əziz dost.

esger 2021-06-10 08:48:48

Allah rəhmət eləsin Gözəl insan, çox istedalı və əsl kino adamı idi.Kino ulduzlardan biri də söndü.Sən həmişə ürəylərimizdə varsan

Sefer 2021-06-10 06:56:43

Allah rehmet elesin

Xalq 2021-06-09 21:47:26

Allah rəhmət eləsin!

Yaqub 2021-06-09 21:27:01

Son zamanlar xəstəxanaya gedənlərin hamısı vəfat edir.Sagalan olmur..

Tahir 2021-06-09 21:22:23

Allah cənnət məkan eyləsin.Amin.Ruhumun sənətkarı idi.Aktuor kimi xırda rolları BÖYÜK oynadı.Aktyor, rejissor idi amma TELLONU butun mügənnilərdən yaxşı oxudu. Bir sözlə nəyi ifa etdisə qəlblərdə, yaddlarda qaldı....Rəhmət sənə, Gözəl insan, min rəhmət!!!Amin!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol