Menu

BŞİH binaların eyvanlarına gül dibçəkləri yerləşdirib, sakinlərə çağırış etdi - FOTO

10.06.2021, 09:07
BŞİH binaların eyvanlarına gül dibçəkləri yerləşdirib, sakinlərə çağırış etdi - FOTO

Bakı şəhər və rayonların icra hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

BŞİH-dən "Report"a bildirilib ki, meriya və rayon icra hakimiyyətləri sakinlərə müraciət edərək, öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

"Bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binalarin eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə, güllər daha yaxşı inkişaf edərək, əraziyə gözəllik verəcək", - deyə BŞİH-in sakinlərə müraciətində qeyd edilir.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanılmasına başlanılıb.

Şərhlər

Veteran 2021-06-10 10:09:18

Ay millət eşitdinizmi? Hamılıqla əməl edək.Evimiz elə evin içi demək deyil .Dunyanın hər yerini gəzirsiz.Zil- zibilinizi yenə bu torpağa tokürsüz.

Veteran 2021-06-10 10:06:27

Ay millət eşitdinizmi? Hamılıqla əməl edək.Evimiz elə evin içi demək deyil .Dunyanın hər yerini gəzirsiz.Zil- zibilinizi yenə bu torpağa tokürsüz.

esger 2021-06-10 09:29:49

Gədim Bakıının eyvanlarına gözəllik verən üzüm agcı olub Əfsuslar olsun biz hər şeyi Avropadan götürürük. Dogma tarix, ənənə, adətlər unudulur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol