MANATIN MƏZƏNNƏSİ SABİT QALACAQ? - Mərkəzi Bank AÇIQLADI

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən  verilən məlumata əsasən, hərracda tələb 30,6 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib.

Bildirilib ki, ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli dərəcədə azalmaqdadır. Cari ilin ikinci rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dollarını təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin birinci rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5,6 faizi həcmində profisit olub.

Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

635x100

Şərhlər

Vətəndaş 2021-06-13 17:15:51

inflyasiya bazar qiymətlərinin artımı üzrə qiymətləndirilməlidir.Süni olaraq valyuta kursunu boğmaqla yox!kurs

2+2=4 2021-06-10 19:02:17

.tədiyə balansı üzrə yaranmış vəziyyət manatın məzənnəsinin sabitliyi amili kimi çıxış edir...

Türkoğlu 2021-06-10 18:02:53

...inflyasiya səviyyəsi yüksəlir, manatın məzənnəsi möhkəmlənir....belə tənzimləmə iqtisadi artıma xidmət edir??? 2005-2007-ci illərdə bu tənzimləmənin nəticələri təhlil olunmamışdı???

Son yazılar