Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO

Türkiyənin İstanbul şəhərində rusiyalı turistlər tanınmış markaya aid çanta oğurlayıblar. DHA xəbər verir ki, iki nəfər Rusiya vətəndaşı Sarıyerdə ticarət mərkəzindən 250 min lirə dəyərində (təxminən, 49 475 AZN) çanta oğurlayıblar.

Müşahidə kamerasına düşən görüntülərdən bəlli olub ki, həmin şəxslərdən biri heç kimin onu görmədiyinə əmin olduqdan sonra mağazanın vitrinindən çantanı götürüb və özü ilə gətirdiyi çantanın içinə qoyub.

Onun özü ilə apardığı çanta xüsusi hazırlanıb və siqnalizasiya bloklayıcı xüsusiyyətə sahib olub.

Məsələdən xəbər tutan satıcılar bu barədə polisə bildiriblər.

Bir gün sonra Şişli rayonunda da eyni oğurluğun törədilməsindən sonra Rusiya vətəndaşları İvan Fufayev və Sergey Çernikov tutularaq məhkəmə qərarı ilə həbs ediliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar