Menu

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

11.06.2021, 23:34
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasının hansı münasibətlə olduğu hələ açıqlanmayıb.

Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də - Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol