SABİQ REKTORUN RESTORANINDA BİR GÜNDƏ İKİ TOY KEÇİRİLDİ - Qaydalar kobud şəkildə pozuldu + VİDEO

Bu gün BDU-nun sabiq rektoru, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl edilməyərək, Nazirlər Kabineti Yanında Operativ Qərərgahın qayda və qanunları kobud şəkildə pozularaq toy məclisi təşkil olunub.

Manşet.azı toyun keçirildiyi restorandan görüntülər qeydə alıb. Restoranda 11 iyun 2021-ci il tarixində bir gündə iki toy məclisi təşkil edilib. Qonaqların verdiyi məlumata görə, bəylərdən birinin adı Orxan, digərinin adı Həsən olub. Hər iki toy mərasimi restoranın həyətində keçirilib.

Qeyd edək ki, ötən gün İsmixan Mirzəyev və daha bir neçə şəxs Abel Məhərrəmova məxsus Mona-Liza restoranında bar, mebel və digər işlərin görülməsi müqabilində onların pullarının ödənməməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi qalmaqalla yadda qalmışdı.

***

Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə  bildirib: “Araşdırma aparıldı. Nərimanov rayon polis idarəsinin əməkdaşları müəyyən edib ki, dünən axşam saat 19:00-dan 22:30-a kimi Mona Liza restoranında məhdud sayda toy mərasimi keçirilib. Adıçəkilən restoranın sahibi Şəmsi Şıxıyev və həmin sarayın inzibatçısı Balazadə Musa inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olub. Restoranın sahibi 4000 manat cərimələnib. Toyun təşkilatçıları və 20 nəfər barədə də qanunvericiliklə tədbir görülüb”.


635x100

Şərhlər

AĞA 2021-06-13 06:41:07

BİR KƏNDLİSİ DEYİRDİ Kİ, ABELİN ANA TƏRƏFİ AZƏRBAYCANLI DEYİL...

Əflatun 2021-06-12 22:06:20

Abelin adı və soyadınin Azərbaycanlıya aid olması olduqca .şübhəlidır, yəqin bu da soyad dəyişənlərdəndirm..

RT 2021-06-12 21:19:06

Mende isteyirem , polis reisi olum ( pondemiya dôvrûnde ) caq ishdi ,,, ela vezifesdi ,,,,

Vətəndaş 2021-06-12 17:38:26

Ölkəni milləti sadəcə çapıb talayıb,öğurlayıb və milləti atıblar......

İsa 2021-06-12 15:07:07

Bir toyun zibilindən birtəhər canını qurtara da bu dəfə iki toyun zibilinə düşdü. Bunlar pul gələn yerdə nə desən peşkeş edərlər.Bunlarla ancaq Əzrayıl bacarar qanunlar bunlara onu pozmaq üçün yazılıb.Dünyaca sərvəti var bu Abelin amma yenə söyülə- döyülən baxmır....

Firdövsi 2021-06-12 13:55:46

İki toyun ədəfəsində orada niyə polis görünməyib? Abeldən qporxublar,yoxsa tapşırıq belə olub?Bu olduqca maraqlı hal hamını düşündürür.Səbəb mütləq DİN tərəfindən açıqlanmalıdır.Bir kasıb 20-30 qohumu ilə şənlikedəndə polislər tökülürlər.....

Lətif 2021-06-12 13:45:16

Bəs bzim ayıq-sayıq polislərimiz bu zaman harada yatıblar?

Son yazılar