Menu

İranda yerli dərmanla peyvəndləmə başlandı

12.06.2021, 14:11
İranda yerli dərmanla peyvəndləmə başlandı

Məşhəd şəhərində İranın koronavirusa qarşı yerli istehsalı olan "COVIran Barakat" dərmanı ilə peyvəndləmə başlanılıb.

“Report” İRİB-ə istinadən xəbər verir ki, Məşhəd Tibbi Elmlər Universitetinin səhiyyə vitse-kansleri Seyid Kazım Fərəhmənd 3350 doza dərmanın onlara çatdırılıdığını bildirib: “Müqəddəs Məşhəd şəhəri İranın "COVIran Barakat" dərmanının vurulduğu dörd şəhərdən biridir”.

Universitet nümayəndəsi yaxın vaxtlarda 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılacağını, 70-75-80 yaş qruplarında isə davam etdiriləcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol