Menu

ABŞ-da növbəti atışma olub, ölənlər və yaralananlar var

13.06.2021, 10:48
ABŞ-da növbəti atışma olub, ölənlər və yaralananlar var

ABŞ-da daha bir atışma olub. “Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.

Məlumata görə, hadisə Kivlenddə (Ohayo ştatı-red) olub. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 3 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Qeyd edilir ki, atışma zamanı xəsarət almış 1 nəfər hadisə yerində ölüb. Digər 6 yaralı isə xəstəxanaya çatdırılıb. Lakin həkimlər onlardan ikisinin həyatını xilas edə bilməyiblər.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol