QORXMAZ HÜSEYNOVUN KÜRƏKƏNİ İŞDƏN ÇIXARILDI - Rəhbərliklə mübahisə edib

"Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızının əri, icra başçısının oğlu Turan Həsənzadə işdən çıxıb.  Musavat.com xəbər verir ki, bir müddət əvvəl lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn Turan Həsənzadə Ədliyyə Nazirliyindəki vəzifəsindən ayrılıb.

Əldə etdiyimiz məlumata görə Turan Həsənzadə ilə rəhbərlik arasında narazılıq yaranıb. Generalla arasında yaranan mübahisədən sonra onun işdən çıxarılması qərarlaşdırılıb. Lakin T.Həsənzadə özü ərizə yazaraq işdən çıxıb.

Xatırladaq ki, martın 19-da gecə saat 1 radələrində qəza baş vermişdi. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku"nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər vəzifələrdən birini tuturdu. Onun atası Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.

635x100

Şərhlər

vidadi goyce 2021-06-15 17:49:58

atalari icra bashcisi ,ovladlari ise nazirliklerde, metamoorfoza

Əlil 2021-06-13 20:18:56

əvvəl niyə duxu çatmırdı bu qudurğan kürəkən, hıy?

Ədalət 2021-06-13 18:32:05

Yalan söhbətdir. Öz

Vəliyev 2021-06-13 17:23:45

Maşallah.özü Asərsunu sğküb,qudası Pirallahı rayonunuŞyeznəsi də Ədliyyədə kef edib.Daha Azrbaycanda nə qaldı ki,Hamısı qohum-qudalara bağışlanılıb............

t.ədalət 2021-06-13 16:52:04

Gedib atasına məxsus "Xudafərin" şadlıq evini işlədər.

Валентина 2021-06-13 14:48:23

Yazig indi neyle dolanacag?

Son yazılar