Prezident İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib - FOTO

“Az öncə qardaşım İlham Əliyev “Baykar” İdarə Heyətindən Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi”.

Musavat.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

Qeyd edək ki, bu barədə H.Bayraktar da özünün “Twitter” səhifəsində məlumat verib.

O, bu ordenə layiq görüldüyü üçün qürur duyduğunu bildirib.

“Baykar” şirkətinin Baş direktoru olan H. Bayrakrat “Baykar” şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.

Qeyd edək ki, məhz adıçəkilən müəssisədə istehsal edilən PUA-lar Qarabağ zəfərinin qazanılmasında müstəsna rol oynayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar