"BÜTÜN DÜNYA BİLSİN Kİ..." - Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışının TAM VİDEOSU

Milli Məclisin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə həsr olunan xüsusi iclası keçirilib. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin iclasına qatılıb. 

Türkiyə Prezidenti parlamentdə hər kəsin ürəyini riqqətə gətirən nitq söyləyib.

“Sizi Türkiyədəki 84 milyonun adına salamlayıram”,-deyən Türkiyə Prezidenti daha sonra bildirib: “Bəxtiyaram, çünki Qarabağ zəfərini qazanan can Azərbaycandayam. Bəxtiyaram, çünki Azərbaycan Milli Məclisində sizinlə bərabərəm. Bəxtiyaram, çünki müstəqilliyinin 30 ilinə yaxınlaşan Azərbaycandayam”.

Qarabağ zəfəri ilə bağlı bir daha Azərbaycan xalqını təbrik edən R.T.Ərdoğan “bu zəfərdən bütün dünya qazanclı çıxacaq”, deyə vurğulayıb. Əlavə edib ki, biz də üzərimizə düşənləri etməyə bütün səmimiyyətimizlə hazırıq.

"Böyük bir liderlik göstərərək bu zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığını xüsusi vurğulayan Prezident Ərdoğan deyib: “Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə edən Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq".

Necə Çanaqqalada Azərbaycan igidləri bizim yanımızda olub zəfər qazanıblarsa, Nuru Paşa Azərbaycanın yanına gəlibsə, biz də gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, azadlığı isə azadlığımızdır” - deyə Ərdoğan  çıxışında bildirib.

Həmin çıxışı təqdim edirik:

Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. O, dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüşüb. İki ölkə başçıları müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalayıblar.

635x100

Şərhlər

Eli 2021-06-17 13:30:02

Amin!

Niyaməddin 2021-06-16 19:32:00

Allaha sonsuz həmd və sənalar olsun! Allah ən böyükdür! Təşəkkürlər Türkiyə, təşəkkürlər cənab İlham Əliyev, təşəkkürlər cənab Ərdoğan! Allah razı olsun! Allah mübarək eləsin! Xeyirli, uğurlu, bərəkətli olsun! Amin!

Son yazılar